top of page

Dr. KƏrəm Əsgərov  Neyrocərrah

Trigeminal Nevralgiya əməliyyatı 
Bakıda-Mikrocərrahi müalicə.
 

Dərmanla nəzarətə alınmayan trigeminal nevralgiya hallarında səbəbə yönəlmiş mikrocərrahi müalicə fərdi qiymətləndirmə əsasında planlaşdırılır.

 

+994708004070

Trigeminal Nevralgiya: Dözülməz Üz Ağrılarının Əsas  Səbəbi 

Üz nahiyyənizdə  elektrik şokuna bənzər ,ani və kəskin ağrılar gündəlik həyatınızı məhdudlaşdıra bilər.Trigeminal nevralgiya zamanı üzə sadə toxunuş belə dözülməz sancıya səbəb olur.

Müasir mikrocərrahi müalicə ilə ağrının əsas səbəbi aradan qaldırıla bilər.

Calm close-up of a patient touching her cheek, medical style

TRİGEMİNAL NEVRALGİYA

Trigeminal nevralgiya ağrısı ilə 
yaşamaq məcburi deyil.

Danışıq,çeynəmə və ya sadə toxunuş zamanı yaranan ani,elektrik şoku tipli üz ağrıları trigeminal nevralgiyanın tipik əlamətidir.Bu ağrılar saniyələrlə davam etsə də,həyat keyfiyyətini ciddi şəkildə məhdudlaşdıra bilər.

Dərman müalicəsi effekt vermədikdə və ya yan təsirlər səbəbilə davam etdirə bilmədikdə,səbəbə yönəlmiş mikrocərrahi yanaşma nəzərdən keçirilir.

Ağrının əsas səbəbi əksər hallarda trigeminal sinirin damar tərəfindən mexaniki sıxılmasıdır.Bu mexaniki faktor mikroskopik səviyyədə aradan qaldırıla bilər

Mikrovaskulyar dekompressiya (MVD) əməliyyatı ilə sinir üzərindəki təzyiq aradan qaldırılaraq ağrının səbəbi hədəflənir.

Mikrovaskulyar Dekompressiya (MVD): Ağrının Köklü Müalicəsi

Mikrovaskulyar dekompressiya (MVD) trigeminal nevralgiyanı onun əsas səbəbini aradan qaldırmaq yolu ilə müalicə etməyə yönəlmiş cərrahi prosedurdur.

Bu əməliyyat zamanı trigeminal sinirə təzyiq göstərən qan damarları ehtiyatla sinirdən uzaqlaşdırılır və onların yenidən təzyiq  etməsinin qarşısını almaq üçün təmas nöqtəsinə kiçik qoruyucu material (yastıqcıq) yerləşdirilir.

Bu prosedurda sinir kəsilmir və ya zədələnmir 

 

Məqsəd ağrıya səbəb olan mexaniki təzyiqi (nevrovaskulyar konflikt) ortadan qaldırmaqdır. Bu yanaşma xəstəliyin yalnız simptomlarını deyil, birbaşa səbəbi hədəf alan qalıcı bir həll yoludur.

İlkin cərrahi qiymətləndirmə üçün müraciət edin.
 

+994708004070

Trigeminal sinir və damar arasında kontaktın aradan qaldırılması (sxematik təsvir)

Hər  mərhələ mikroskop altında dəqiq planlama ilə icra olunur.

Mikro-Giriş

Qulaq arxasında kiçik,estetik kəsiklə kəllə boşluğuna mikrosəviyyədə giriş təmin edilir.

Bərpa

Hazırlıq

Xəstə ümumi anesteziya altında təhlükəsiz şəkildə yerləşdirili və  mikrocərrahiyyə üçün optimal pozisiya verilir.

Dekompressiya

Sinirə kompressiya edən damar mikroskop altında müəyyən edilərək  repozisiya olunur və təmas  nöqtəsinə xüsusi qoruyucu 

material yerləşdirilir.

Kəsik estetik tikişlərlə bağlanır və pasiyent bərpa üçün müşahidə altında saxlanılır.

MVD əməliyyatı mərhələli və dəqiq planlanmış mikrocərrahi yanaşmadır.

Mikrocərrahiyyədə Təcrübə və Texnoloji üstünlük

Kranial mikrocərrahiyaya fokus
    

Beyin kötüyü və kranial sinir    patologiyalarında ixtisaslaşmış yanaşma

İnkişaf etmiş əməliyyat mikroskopu

Müasir mikroskopla mikrosəviyyədə təhlükəsiz manipulyasiya.

Hər xəstənin müayinələrinə və MRT görüntülərinə əsaslanan individual strategiya

Özəl xəstəxana şəraiti

Fərdiləşdirilmiş cərrahi planlama

Steril əməliyyat bloku və reanimasiya nəzarəti

Dəqiqlik əsaslı mikrocərrahi texnika

Sinirin funksiyasını qorumağa yönəlmiş minimal invaziv yanaşma

Mikrocərrahi əməliyyat zamanı neyrocərrah və komandası əməliyyat mikroskopu altında yüksək dəqiqliklə proseduru icra edir.

Niyə mikrocərrahiyyə trigeminal nevralgiyada ən qalıcı həlldir?

Dr. Karam Asgarov - Professional Neurosurgeon Portrait

Trigeminal nevralgiya zamanı ən uyğun müalicə taktikası MRT nəticələri əsasında fərdi şəkildə müəyyən edilir. Peşəkar qiymətləndirmə üçün konsultasiyaya müraciət edə bilərsiniz. Ağrısız həyata doğru ilk addımı bu gün atın.

1. Dərmanların təsiri azaldıqda

Dərmanlar yalnız ağrı siqnallarını müvəqqəti yatırır, lakin səbəbi aradan qaldırmır. Zamanla orqanizm bu preparatlara öyrəşir və dozanı artırmaq məcburiyyəti yaranır. Yüksək dozalar isə yuxululuq və başgicəllənmə kimi yan təsirlərlə həyat keyfiyyətini aşağı salır. Belə hallarda ən effektiv həll yolu mikrocərrahiyyədir.

2. Ağrının əsl səbəbinin müalicəsi

Mikrovaskulyar Dekompressiya (MVD) əməliyyatı simptomları gizlətmir, birbaşa ağrının səbəbini hədəf alır. Əksər hallarda ağrını damarın sinirə etdiyi mexaniki təzyiq yaradır. Biz mikroskop altında bu təzyiqi aradan qaldıraraq siniri azad edirik və ağrısız həyat üçün köklü həll təmin edirik.

3. Sinir toxumasının tam qorunması

Bu metodun əsas üstünlüyü kəsmədən və yandırmadan icra edilməsidir. Trigeminal sinir zədələnmir, yalnız siniri sıxan damar ondan uzaqlaşdırılır. Bu yanaşma üzdəki hissiyyatı və mimikanı tam qorumaqla yalnız dözülməz sancıları yox etməyə imkan verir.

4. Uzunmüddətli rahatlıq şansı

Düzgün seçilmiş pasiyentlərdə MVD illərlə davam edən tam ağrısız həyat vəd edir. Hər bir pasiyentin yaşını, MRT müayinəsini və ağrı tarixçəsini dərindən analiz edərək ən yüksək müvəffəqiyyət şansını təmin edən fərdi cərrahi strategiya hazırlayırıq.

5. Yüksək təhlükəsizlik və dəqiqlik

Əməliyyat steril xəstəxana şəraitində, yüksək dəqiqlikli mikroskop və mikrocərrahi alətlərlə icra olunur. Hər bir hərəkət beyin kötüyü anatomiyasına uyğun, ciddi təhlükəsizlik protokolları çərçivəsində aparılır. Bu, riskləri minimuma endirərək sürətli bərpa prosesini təmin edir.

Tez-tez verilən suallar

Əməliyyat neçə saat çəkir?

Mikrovaskulyar dekompressiya əməliyyatı adətən 2.5 - 3 saat davam edir. Hər bir addım mikrocərrahi dəqiqliklə və xüsusi nəzarət altında icra olunur.

Xestexanada neçə gün qalınır?

Pasiyentlər əməliyyatdan sonra adətən  3 gün xəstəxana şəraitində, peşəkar tibbi heyətin müşahidəsi altında qalırlar.

Bərpa müddəti nə qədərdir?

İlkin bərpa dövrü bir neçə gündən ibarətdir. Xəstələr təxminən 2-4 həftə ərzində tam aktiv həyata və iş rejiminə qayıda bilirlər.

Risklər varmı?

Hər bir cərrahi müdaxilədə olduğu kimi, müəyyən risklər mövcuddur. Lakin müasir neyromonitorinq texnologiyaları bu riskləri minimal səviyyədə saxlayır.

Qiymət necə müəyyən olunur?

Cərrahi xidmətin ödənişi diaqnozun mürəkkəbliyi, xəstəxana seçimi və tələb olunan xüsusi tibbi ləvazimatlar əsasında konsultasiya zamanı müəyyən edilir.

Konsultasiya və müayinə üçün əlaqə

bottom of page